Çirkli pulların yuyulmasında təqsirli bilinən və 40 ilə qədər həbs cəzası istənilən türkiyəli sosial media fenomeni Dilan Poladın psixoloji sarsıntı keçirdiyi açıqlanıb.
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun psixiatriya şöbəsində müalicə aldığı öyrənilib.
Polatın vəkili Sevinç Horoz Dilan Poladın məruz qaldığı ictimai təzyiq və linç səbəbindən psixoloji sıxıntı yaşadığını bildirib.
Dilan Poladın psixiatriya xəstəxanasında nə qədər qalacağı məlum deyil.