AZ

"Evə icra işçisi gəlirdi, kompüterimi gizlədirdim” - Mert Yazıcıoğlu

Son olaraq “Kızıl Goncalar”da rol alan Mert Yazıcıoğlunun həyat hekayəsi hər kəsi kədərləndirib.

Missiya.Az xəbər verir ki, bu barədə sənətçi Ahmet Mumtaz Taylanın “Empati” verilişində danışıb. 

"Anamla atamın həmişə işlədiyini xatırlayıram. Xoşbəxt idik? Bir az pul problemləri olan ailəydik. Evə icra işçiləri gəlirdi, mən kompüterimi gizlədirdim. O dövr çox tez keçdi, orta məktəbdən sonra atam vəfat etdi, işləməyə başladım. Mən uşaq olduğumun fərqinə varmağı unutdum. Atamı xərçəngdən itirdik. Onun erkən vidası oldu, mən 18 yaşımda idim. Atamla birgə rol aldığım filmi ya da serialı izləmək istəyərdim. Bu, reallaşmamış, reallaşmayacaq xəyaldır. Onunla heç vaxt hansısa işimi birgə izləyə bilməyəcəyimizi bilirəm, amma bunu xəyal edirəm. Məni izləsə, qürur duyardı”, - o bildirib.

Zərintac Mayisqızı Missiya.Az 

Seçilən
25
2
missiya.az

3Mənbələr