AZ

Turizm sektorunda yaradılmış əlavə dəyər 7 ildə 30% artıb - Şöbə müdiri

Azərbaycanda turizm sektorunda yaradılan əlavə dəyər 7 il ərzində 30% artaraq 2024-cü ildə 3,1 milyard manata çatıb.

Milli.Az xəbər verir ki, bu sözləri Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən press-konfransda Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova deyib.

Onun sözlərinə görə, 2020-ci ildə pandemiya səbəbindən turizm sektorunda 58,9% daralma qeydə alınıb:

"Bununla belə, 2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə ümumi daxili məhsul (ÜDM) istehsalı illik orta hesabla 3,8% artıb. 2025-ci ilin yanvar-aprel aylarında isə turizm sektorunda ÜDM istehsalında 12.8% artım qeydə alınıb".

Milli.Az

Seçilən
31
2
milli.az

3Mənbələr