16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-16) iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
U-16 millimiz hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək. Aqil Nəbiyevin yetirmələri iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlanacaq.
Toplanışa dəvət olunan futbolçuların adları ilə tanış ola bilərsiniz:
- Bilal Hacıyev – Qarabağ
- Kamal Camalzadə – Neftçi
- Uğur Qurbanlı – Qarabağ
- Roman Fərzəli – Qarabağ
- Vaqif Nəbiyev – Qarabağ
- Firdovsi Şeydayev – Sabah
- Tunar Əsgərzadə – Qarabağ
- Cavidan Əlizadə – Qarabağ
- Daniil Rəcəbov – Qarabağ
- Mehdi İsmayılov – Qəbələ
- Tunar Bayramov – Qəbələ
- Mehdi Hüseyn – Marset (İspaniya)
- Ramil Hacıyev – Zirə
- Yusif Orucəliyev – EFA
- Rəsul Balakişiyev – Marset (İspaniya)
- Ömər Kosayev – Sumqayıt
- Ruslan Quliyev – Neftçi
- Şikar Şikar – Neftçi
- Vaqif Məmmədli – Sabah
- Əli Bəşirov – Qarabağ
- Nicat Əhmədzadə – Marset (İspaniya)
- Nihat Hüseynzadə – Sabah