Azertag saytına istinadən ain.az xəbər verir.
İstanbul, 13 iyun, Günel Karatepe, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində Türk Dünyası Qeyri-Hökumət Təşkilatlarının I Məşvərət Toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin təşəbbüsü ilə təşkil olunan tədbirdə türkdilli dövlətlərin QHT rəhbərləri və bu təşkilatların 200-dən artıq nümayəndəsi iştirakı edib.
Toplantının yekunları ilə bağlı açıqlama verən AK Parti sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu tədbirdə türkdilli ölkələrin vətəndaş cəmiyyətləri arasındakı əməkdaşlığı təşkilatlanmış səviyyəyə qaldıracaq, koordinasiyanı gücləndirəcək və ictimai inkişaf hədəflərinə töhfə verəcək yeni yol xəritəsinin təməlinin qoyulduğunu deyib. Qeyd edib ki, bu yol xəritəsi vətəndaş cəmiyyətlərinin prinsipləri əsasında həllyönümlü yanaşma ilə formalaşır.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Toplantıdan sonra hazırlanan bəyannamə haqqında danışan Kürşad Zorlu bildirib ki, sənəddə yer alan tövsiyə qərarlarının həyata keçirilməsi istiqamətində bütün tərəflər birlikdə işləməyə davam edəcək. “Türk dünyasının ortaq dəyərləri ətrafında inkişaf edən əməkdaşlığımızın qardaşlığımızı möhkəmləndirməsini və gələcək nəsillərə dəyərli bir irs qoymasını arzulayıram”, - deyə o vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.