AZ

Tottenhem yeni baş məşqçisi üçün nə qədər təzminat ödəyib?

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Brentford"un sabiq baş məşqçisi Tomas Frankın "Tottenhem"ə transferi üçün təzminat təxminən 10 milyon funt sterlinq təşkil edib.

Oxu.Az-ın məlumatına görə, xəbəri "The Sun" paylaşıb.

Frankın köməkçisi Castin Kokrayn, fitnes üzrə məşqçi Kris Haslam və analitik Co Nyuton da müqaviləyə əsasən onunla birlikdə "Tottenhem"ə qoşulublar.

Xatırladaq ki, 51 yaşlı danimarkalı üç mövsümlük, yəni 2028-ci ilə qədər müqavilə imzalayıb. O, "Tottenhem"də iyunun 6-da klubdan qovulduğu açıqlanan Ange Postekoqlounu əvəzləyib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Frank 2016-cı ildən "Brentford"da işləyirdi. O, əvvəl Dekan Smitin köməkçisi olub, iki ildən sonra komandanın baş məşqçisi təyin edilib.

2024/25 mövsümündə "Brentford" Premyer Liqanı 56 xalla 10-cu pillədə başa vurub. "Tottenhem" (38 xal) turnir cədvəlini 17-ci pillədə tamamlayıb və Avropa Liqasının qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
oxu.az

1Mənbələr