AZ

AZAL Yaxın Şərqdə baş verən hadisələr səbəbilə bir sıra aviareysləri ləğv edib

Bakı, 13 iyun, AZƏRTAC

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan reysləri ləğv edilib.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, həmin aviareyslər aşağıdakılardır:

• Bakı-Lahor-Bakı

J2 145/146

• Bakı-Mumbai-Bakı

J2 059/060

• Bakı-Dammam-Bakı

J2 8205/8206

AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Seçilən
16
12
azertag.az

10Mənbələr