AZ

İranın şəhərlərində kütləvi aksiyalar başladı: Nümayişçilər İsrailə cavab verilməsi tələb edirlər

Tehranda və İranın bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb.

Oxu.Az bu barədə İran mediasına istinadla xəbər verir.

Məlumata görə, nümayişçilər İsrailin yaşayış məntəqələrinə və nüvə obyektlərinə endirdiyi hücumlara qarşı ölkə rəhbərliyindən dərhal hərbi cavab verməyi tələb edirlər.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksək rütbəli hərbçi və nüvə alimləri öldürülüblər.

Seçilən
18
2
editor.az

2Mənbələr