AZ

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.

ARVK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kollegiyanın binasında Bakı şəhəri və respublikanın bölgələrindən qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb.

Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər və tövsiyələr verilib. Eyni zamanda, A. Bağırov məsələlərin bir qisminin həlli istiqamətində tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb, aidiyyəti üzrə tədbirlərin görüləcəyini bildirib.

Xatırladaq ki, ARVK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiyanın sədri A. Bağırovun qəbulunda iştirak etmək istəyən vətəndaşlar ARVK Aparatına müraciət edə bilərlər.

Seçilən
30
12
azertag.az

10Mənbələr