AZ

Şuşa Bəyannaməsi Zəfər tariximizin zirvəsi ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

Artıq dördüncü ildir ki, iyunun 15-i Azərbaycan xalqı üçün mühüm olan iki tarixi hadisənin qovuşuq anı kimi qeyd olunur: Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanması tarixinin təntənəsi kimi! Əvvəlcə bir məqama diqqət yetirək. Şuşa bizim üçün ilk növbədə bədii-estetik yaddaşın məxəzi olmaq baxımından fərqli məkandır. Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Ümummilli Lider Heydər Əliyevin 39 il əvvəl dayandığı məkanda dayanaraq demişdi ki, Şuşanın bərpası bu gündən başlayır. Maraqlıdır ki, işğaldan azad etdiyimiz digər rayonlarda bir çox infrastruktur layihələrinin həyata keçirilməsinə başladıq. Füzulidə hava limanı tikildi, Zəngilanda “Ağıllı kənd” layihəsi gerçəkləşdirildi. Şuşanın bərpası isə mənəvi məkanların dirçəldilməsindən start götürdü. Bu ondan irəli gəlir ki, Şuşa bizim üçün hər zaman mədəniyyətin yükünü daşıyan metafizik, mistik mənaya malik simvol olub.

Prezident İlham Əliyev tərəfindən 2021-ci il mayın 7-də Şuşanın mədəniyyət paytaxtı kimi bəyan edilməsi də Şuşa ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirilməsini yenidən gündəmə gətirdi, milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Deputat qeyd edib ki, Şuşaya münasibətdə belə bir tarixi mövqeni ilk sərgiləyən şəxsiyyət 1970-ci illərdə rəhbər vəzifədə olan görkəmli dövlət xadimi Heydər Əliyev olub. O, Şuşanın yalnız mənəviyyatımızın deyil, tariximizin, dövlətçiliyimizin, dilimizin, diriliyimizin qalası olduğunu sübut edib. Dahi rəhbərin təşəbbüsü ilə 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək haqqında qərar imzalanıb. Daha sonra, 1982-ci il yanvarın 14-də Şuşada Vaqif məqbərəsinin ucaldılması əslində Heydər Əliyevin mənəviyyata, mədəniyyətə qoyduğu böyük abidə idi.

Otuz ilə yaxın işğal dönəmindən sonra Şuşa öz azadlığına, ruhsal bütövlüyünə qovuşub. Dövlətimizin başçısı İlham Əliyev bu mənəviyyat qalamızı yenidən müqəddəs dəyər və sərvətə çevirib. 2021-ci il iyununun 15-də imzalanmış Şuşa Bəyannaməsi bu mənada, geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru atılan addımlardan idi.

“Tarixə bir ekskurs etmək istəyirəm. 1918-ci ilin 7 oktyabrında Şuşada Zəfər qapısının önündə şəhərə daxil olan ilk türk fatehi Cəmil Cahid Toydər olub. Şuşalıları erməni zülmündən qurtaran xilaskarı, bu yolda 33 mehmetciyin şəhid olduğu o anı təxəyyülümdə canlandırmağa çalışıram. Şuşa uğrunda savaşın ilk şəhidləri olan 33 türk əsgəri və ilk fatehi Cəmil Cahid Toydəmir! Bu gün, bir əsr sonra ən gözəl münasibətlərini yaşayan türk birliyinin, qarşısında böyük hədəflər və öhdəliklər dayanan Şuşa Bəyannaməsinin əsasının qoyulduğu o dönəm tariximizin ən şərəfli səhifəsi kimi unikaldır”, - deyə deputat qeyd edib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Elnarə Akimova vurğulayıb ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu dünyaya bir daha nümayiş etdirdi. Məhz həmin gün Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başlandı. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi tarixi, hüquqi və siyasi əhəmiyyətə malikdir. Bu Bəyannamə, həmçinin bütün türk dövlətləri arasında dostluq körpülərinin qüvvətlənməsi üçün bir stimuldur. Dövlətimizin başçısının fikrilərində də bununla bağlı məqamlar yer alır: “Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir”.

Deputat qeyd edib ki, Ali Baş Komandanın “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikri azad edilmiş hər bir əraziyə münasibətdə refren kimi təkrarlanmaqdadır: “Bu fikrin əməli ifadəsi elə Şuşa Bəyannaməsi ilə başlanıb. Bunu öz bəyanatında Prezident İlham Əliyev də qeyd edib: “Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır”.

Bu müttəfiqlik sonradan digər türk ölkələri arasında yeni əməkdaşlıqlara, yeni quruculuq işlərinin başlanmasına rəvac verəcək qədər sərhədlərini genişləndirdi. Qurmaq, yaratmaq türkün fitrətindədir. Qarabağda atılan hər addım, Qubadlıda, Zəngilanda, Füzulidə, Ağdamda, Cəbrayılda, Şuşada görülən işlər anbaan böyüyən, artan, dirçələn gücün nümunəsi olaraq tarixi yada salır. Bu, eyni zamanda, türk dövlətlərinin birliyi, qardaşlığı, dostluğu timsalında təkrarlanır və dünyanı heyrətdə qoyan münasibət statusu alır”, - deyə Elnarə Akimova fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
4
azertag.az

5Mənbələr