AZ

“Expressbank”ın İdarə Heyətinə - Yeni təyinat

“Expressbank” ASCdə yeni təyinat baş tutub – Fuad Kamal oğlu Məmmədli Bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.

Fuad Məmmədli maliyyə sahəsində 12 illik peşəkar təcrübəyə malikdir. O, bu müddət ərzində bank sektorunda bir sıra məsul vəzifələrdə çalışaraq maliyyə idarəçiliyi sahəsində dərin bilik və praktiki təcrübə qazanıb. Son təyinatdan əvvəl “Unibank”da baş maliyyə inzibatçısının müavini kimi fəaliyyət göstərib.

Qeyd edək ki, o, 2017–2020-cü illər ərzində “Expressbank”da Maliyyə departamentində çalışaraq, direktor müavini vəzifəsinədək yüksəlib və bankın maliyyə funksiyalarının inkişafında mühüm rol oynayıb.

Fuad Məmmədli ali təhsilini Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə alıb, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə tamamlayıb.

Yeni təyinatın “Expressbank”ın maliyyə sabitliyinin və strateji idarəetməsinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Seçilən
4
10
qafqazinfo.az

10Mənbələr