AZ

Ukrayna İsrailin hücumu haqda: İran təkcə regionda deyil, dünyada problem mənbəyidir

Ukrayna Xarici İşlər Nazirliyi İsrailin İrana endirdiyi zərbələrə münasibət bildirib.

Publik.az xəbər verir ki, nazirlik İranın həm Yaxın Şərqdə, həm də onun hüdudlarından kənarda dağıdıcı rol oynadığını, o cümlədən Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəklədiyini bildirib.

“Ukrayna bu gecə İsrailin İrandakı hədəflərə endirdiyi zərbələrlə bağlı Yaxın Şərqdə baş verənləri təşvişlə izləyir.

Bütün regionda sabitliyin daha da pozulması risklərini dərk edərək qeyd edirik ki, hərbi əməliyyatların davam etdirilməsi beynəlxalq təhlükəsizlik və qlobal maliyyə sabitliyi, xüsusən də neft bazarlarında mənfi nəticələr verə bilər.

Regionda sabitliyin daha da pozulmasının qarşısını almaq və mülki əhalinin tələfatının qarşısını almaq vacibdir.

Seçilən
8
publika.az

1Mənbələr