AZ

İsrailin vurduğu İran komandirlərinin sayı AÇIQLANDI

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri və Aerokosmik Qüvvələrin komandanı da daxil olmaqla, azı 20 yüksək rütbəli iranlı komandir həlak olub.
 
Bu barədə "Reuters" agentliyi iki regional mənbəyə istinadən məlumat yayıb.
 
Bundan əlavə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın general-mayoru Məhəmməd Baqerinin qızı Parşata Baqerinin də atası ilə birlikdə həyatını itirdiyi bildirilir.
 
İsrail ordusu ölkənin müdafiə naziri İsrael Katsı məlumatlandırıb ki, İran Hərbi Hava Qüvvələrinin yüksək rəhbərliyinin böyük bir hissəsi yeraltı qərargahda keçirilən müşavirə zamanı məhv edilib. Bu barədə "Ynet" portalı məlumat yayıb.
 
Məlumata görə, İsrailin Baş Qərargah rəisi Eyal Zamir və "Mossad" kəşfiyyat xidmətinin direktoru David Barnea ilə birgə keçirdiyi vəziyyətin qiymətləndirilməsi iclasında Kats bu barədə bilgiləndirilib.
 
Bundan əvvəl bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri İranın bəzi ballistik raketlərini buraxılmamışdan əvvəl məhv edə bilib. /Musavat.com/
Seçilən
16
1
moderator.az

2Mənbələr