“Biz burada Aİ müşahidəçilərinin olmasını dəyərləndirməliyik: Ermənistana xeyir verirsə, qalmağa davam etsinlər, xeyri yoxdursa, getsinlər”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistan “Vətən” partiyasının sədri Artur Vanetsyan deyib.
O qeyd edib ki, Aİ müşahidəçilərinin Ermənistan ərazisində kəşfiyyat fəaliyyəti ilə məşğul olduqları barədə çoxlu xəbərlər eşidib. “Lakin rəsmi qurumların bunu təkzib etdiyinə şahid olmamışam”.
Venetsiyan Zəngəzur dəhlizinin əleyhinə olduğunu da dilə gətirib. “Zəngəzur dəhlizi olmamalıdır. Yol ayrı şeydir, dəhliz ayrı. Amma rus hərbçilərinin nəzarəti altında belə bir yol açılarsa, etiraz etmək lazım deyil”.
Fərda Uğur