Təbriz şəhərində yenidən güclü partlayışlar baş verib.
ONN media xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışlar Təbriz aeroportu yaxınlığında qeydə alınıb.
Qeyd edək ki, 13 iyun səhər tezdən İsrail İrana hava zərbələri endirib və Təbrizdəki hərbi obyektlər də vurulub. Hazırda da növbəti zərbələr endirildiyi ehtimal edilir.