Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarına münasibət bildirib.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, Ərdoğan baş verənləri pisləyib.
“İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır. Netanyahu rəhbərliyi düşünmədən, təcavüzkar və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna "dur" deməlidir",- Ərdoğan vurğulayıb.