AZ

Misirin "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycandan bəhs olunub

Bakı, 13 iyun, AZƏRTAC

Misirdə sosial şəbəkələrdə fəaliyyət göstərən "Hala Podcast" kanalında "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycan haqqında danışılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Azərbaycanı kəşf et!" layihəsinin rəhbəri Sədaqət Əliəşrəf verilişdə Azərbaycanın təbliği məqsədilə mədəniyyətimiz, adət-ənənələrimiz və milli mətbəximiz haqqında məlumat verib.

Soydaşımız Azərbaycanda martın 21-də Novruz bayramının qeyd olunmasından danışıb, bayram xonçasını nümayiş etdirib. O, həmçinin bayramda hazırlanan müxtəlif növ təamlardan danışıb.

Verilişi aşağıdakı linkdən izləmək mümkündür:

https://youtu.be/8utb-yfsQOY?si=BsfRPvx5WZSkYN-J

Seçilən
18
2
azertag.az

3Mənbələr