AZ

İsraillilər alış-verişə başladılar - FOTO

İsrailin İrana hava hücumları Yaxın Şərqdə müharibə ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

News24.az xəbər verir ki,v İsrail indi İranın cavab tədbirinə hazırlaşır.

Hücumdan sonra bütün İsraildə fövqəladə vəziyyət elan edilib. İsrailin müdafiə naziri Yisrael Katz bu açıqlama ilə çıxış edib: 

"İsrailin İrana qarşı qabaqlayıcı hücumundan sonra yaxın gələcəkdə İsrailə, mülki əhaliyə qarşı raket və pilotsuz təyyarə hücumları gözlənilir".

Eyni zamanda, Reuters-in paylaşdığı fotolarda Qüdsdəki israillilərin mümkün əks-hücum qorxusundan bazarlara gedərək alış-veriş etməyə başladığı görünür.

Günel Məlikzadə

Fotoları təqdim edirik:


Seçilən
12
1
news24.az

2Mənbələr