"İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır".
Moderator.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi ( MEDİA) məlumat yayıb.
Qeyd edilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip "xəbərlər" saxtadır və qətiyyən reallığı əks etdirmir:
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq".
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar.