Aktual.az xəbər verir ki, bu barədə "Hraparak” mənbələrinə istinadən məlumat yayıb.
"Bu gün səhər saatlarında Korrupsiyaya qarşı Mübarizə Komitəsi Ermənistanın keçmiş baş naziri Ovik Abramyanı saxlayıb. Hazırda onun evində axtarış aparılır”, - mənbə bildirib.
Qeyd edək ki, Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunur. O, 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.