AZ

Azərbaycanda yay turizm mövsümü başlayıb “Şahdağ” Turizm Mərkəzinə mediatur FOTO

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qusar, 13 iyun, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanda yay turizm mövsümü açıq elan olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 13-də Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media nümayəndələri üçün Şahdağa mediatur təşkil edilib.

Mediaturun əsas məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliğinə dəstək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən tədbirləri, o cümlədən mövcud turizm destinasiyalarını və xidmətləri geniş ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin "Şahdağ" Turizm Mərkəzində aparılan infrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeni imkanlarla bağlı məlumat verməkdir.

Tədbir çərçivəsində turizm sənayesinin yay turizm mövsümünə hazırlığını, eləcə də “Şahdağ” Turizm Mərkəzində yay mövsümündə turistlər üçün nəzərdə tutulan mövcud və yeni turizm məhsullarını əhatə edən təqdimatlar olub.

Çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manata, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8,2 faizə, turizm üzrə daxilolmaların 7.4 milyard manata çatacağının proqnozlaşdırıldığını bildirib. DTA sədrinin müşaviri bununla yanaşı, bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faizə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5,8 faizə yüksələcəyinin gözlənildiyini qeyd edib.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova çıxışında ilkin qiymətləndirmələrə görə, ötən il turizm sektorunun ölkə iqtisadiyyatında payının 4,5 faiz, o cümlədən qeyri-neft və qaz sektorunda isə 6,7 faiz olduğunu qeyd edib. O, həmçinin 2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalının illik orta hesabla 3,8 faiz artdığını, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyərin 30 faiz yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatdığını bildirib. Günay Bayramova 2017-2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayının 44,4 faiz, onların birdəfəlik tutumunun isə 62 faizə yaxın artığını vurğulayıb.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

$randId = "yandex_rtb_R-A-15871244-" . rand(1111111, 9999999); ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastrukturun təkmilləşdirildiyini, yenidənqurma və bərpa işlərinin aparıldığını, o cümlədən kanat xətlərinin, qonaqlara təklif olunan əyləncə növlərinin və atraksionların texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirildiyini qeyd edib. O, paralel olaraq gələn ilin mart ayında "Şahdağ"da keçiriləcək Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanıldığını, yeni 10 kilometrlik xizək yolunun inşasının aparıldığını, bununla yanaşı bu ilin sonuna 124 nömrəlik yeni “Lakeside” hotelinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib. Rüstəm Nəcəfov kompleksin inkişafının və genişləndirilməsinin mərhələli şəkildə həyata keçirildiyini və aparılan işlərin davamlı xarakter daşıdığını bildirib.

Mediatur çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan turizm xidmətləri ilə tanış olub, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
10
azertag.az

10Mənbələr