BAKI, 13 iyun. TELEQRAF
Bu ilin sonuna 124 nömrəlik yeni “Lakeside” hotelinin istifadəyə verilməsi nəzərdə tutulur.
Teleqraf-ın “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov Şahdağda təşkil olunan mediaturda səsləndirib.
"Kompleksin inkişafı və genişləndirilməsi mərhələli şəkildə həyata keçirilir və aparılan işlərin davamlı xarakter daşıyır", -deyə o bildirib.
Əlavə olaarq, R.Nəcəfov gələn ilin mart ayında "Şahdağ"da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanıldığını və yeni 10 km-lik xizək yolunun inşasının aparıldığın vurğulayıb.
Bundan başqa, yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastrukturun təkmilləşdirildiyi, yenidənqurma və bərpa işlərinin aparıldığı, o cümlədən kanat xətlərinin, qonaqlara təklif olunan əyləncə növlərinin və atraksionların texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirildiyi qeyd edilib.