AZ

Cüdoçularımız dünya çempionatının ilk gününü medalsız başa vurublar

Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk gününü medalsız başa vurublar.

Apasport.az xəbər verir ki, bu gün yarışa qoşulan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.

Əhməd Yusifov (60 kiloqram) və Könül Əliyeva (48 kiloqram) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar.

Leyla Əliyeva (48 kiloqram) isə bir mərhələ keçə bilib. O, türkmənistanlı Kurbanay Kurbanovaya qalib gəlsə də, 1/16 finalda ispaniyalı Laura Martineslə bacarmayıb.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdo millimiz Avstriyadakı təlim-məşq toplanışını başa vurub

Yığmamız Berlinə 17 cüdoçu ilə yollanır

Matsumoto Dan Rüstəm Orucov Akademiyasında

Qrats toplanışı başa çatıb

Cüdo üzrə Azərbaycan millisi dünya çempionatına hazırlıqları Bakıda davam etdirir

Seçilən
7
3
apasport.az

4Mənbələr