Veysəloğlu Şirkətlər Qrupundan UNEC laboratoriyalarına infotur: BMT-nin “Elm fəaliyyətdədir” sloqanına uyğun addım… -Fotolar
Veysəloğlu Şirkətlər Qrupu tərəfindən elan edilmiş Qida Təhlükəsizliyi Ayı çərçivəsində silsilə tədbirlər uğurla davam etdirilir. Bu təşəbbüsün bir hissəsi olaraq, Şirkətlər Qrupunun keyfiyyət strukturlarında çalışan mütəxəssislər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müasir laboratoriyalarını ziyarət ediblər.
Infotur çərçivəsində iştirakçılar UNEC-in texniki və texnoloji sahələr üzrə 15 tədris laboratoriyalarında aparılan elmi-tədqiqat və praktiki fəaliyyətlərlə yaxından tanış olublar. Səfər zamanı “Qida kimyası və mikrobiologiya”, “Qida texnologiyaları”, “Ekologiya”, “Fizika”, “Kimya”, “Elektronika”, “Materialşünaslıq”, “Kommunikasiya sistem mühəndisliyi”, “Maşın və sənaye mühəndisliyi”, “Kompüter” laboratoriyaları ziyarət edilib.
Ətraflı: https://www.veyseloglu.az/media/post/veyseloglu-sirketler-qrupundan-unec-laboratoriyalarina-infotur-bmt-nin-elm-fealiyyetdedir-sloqanina-uygun-addim