AZ

"Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR

“Oriqami” uşaq  və yeniyetmələr ictimai birliyi 05 iyun 2025-ci il tarixində Maştağa qəsəbəsi 255 № li tam orta məktəbin pedaqoji kollektivinin  üzvləri və 30 nəfər şagird kontingentinin iştirakı ilə “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin  yekun  tədbirini keçirmişdir.

Layihənin yekun tədbirində iştirak edən 255 № li tam orta məktəbin direktoru Mətanət Məmmədova,TTIDM Zülfiyyə İsmayılova, TTIDM  Firuzə Cəfərova, UBTR Xəyalə İsgəndərova, şagirdlərin piyada mədəniyyətinə yiyələnmələri istiqamətində nümayiş etdirdikləri təhlükəsiz davranış qaydalarını,onların uğuru kimi qeyd etdləri və məktəblilərə həmişə yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməyi tövsiyyə etdilər.

Yekun tədbirdə  məktəbin pedaqoji kollektivinin  iştirakı ilə şagirdlərə loqolu Sertifikat, loqolu Hədiyyə çantası, loqolu xüsusi geyim dəsti təqdim etdilər. 255 № li tam orta məktəbə layihənin Posteri və Vımpel təqdim olundu.

Şagirdlər tədbirdən xoş əhval-ruhiyyə ilə ayrıldılar. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsi məktəblilərdə məmnunluq doğurdu. Oğlan və qızlar yeni-eni  layihələrdə iştirak etmək arzularını bildirdilər.

"Cebheinfo.az"

Seçilən
32
4
cebheinfo.az

5Mənbələr