AZ

Aİ Ukraynaya ERA çərçivəsində 1 milyard avro verdi

Aİ Ukraynaya ERA çərçivəsində 1 milyard avro verdi

ERA təşəbbüsü çərçivəsində Aİ-nin Ukraynaya beşinci maliyyə tranşı

Ukrayna Avropa İttifaqından Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına 1 milyard avro həcmində yeni tranş alıb. Bu vəsait ERA ("Extraordinary Revenue Acceleration" – Fövqəladə Gəlirlərin Sürətləndirilməsi) təcili kredit proqramı çərçivəsində təqdim olunur.

AFN.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal özünün Telegram kanalında məlumat verib.

Qeyd edək ki, ötən ilin oktyabrında Yeddilər Qrupu (G7)nun liderləri Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsi barədə razılığa gəldiklərini açıqlayıblar. Kreditlər G7 ölkələrinin hüquq sistemləri və beynəlxalq hüquq çərçivəsində Rusiyanın dondurulmuş suveren aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək. ABŞ Ukraynaya 20 milyard dollar ayırmağı öhdəsinə götürüb, qalan 30 milyard isə G7 və Aİ tərəfindən birgə təmin ediləcək.

Seçilən
18
afn.az

1Mənbələr