Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Qurtuluşdan Suverenliyə Gedən Zəfər Yolu” adlı tədbir keçirilib.
Nizami Kino Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Qurtuluşdan Suverenliyə Gedən Zəfər Yolu” adlı tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, rayonun təhsil işçiləri və gənclər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa edib.
Tədbir musiqi və rəqs nömrələri ilə davam etdirilib.
Tədbirin sonunda xatirə şəkili çəkildi.