AZ

Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun üçüncü iclası keçirilib (FOTO)

Bakı. Trend:

Belçika Krallığının Brüssel şəhərində Azərbaycan ilə Avropaİttifaqı (Aİ) arasında strateji enerji tərəfdaşlığının inkişafıməqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqunun üçüncüiclası olub.

Energetika naziri Pərviz Şahbazov və Aİ-nin enerji və mənzilməsələləri üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə keçiriləniclasda Energetika Nazirliyi, SOCAR, Bərpa Olunan Enerji MənbələriDövlət Agentliyi (AREA), Avropa Komissiyasının Enerji üzrə BaşDirektorluğu (DG ENER), Avropa İnvestisiya Bankı (AİB), AvropaYenidənqurma və İnkişaf Bankı (AYİB), həmçinin “CESI” şirkətitəmsil olunub.

Görüşdə enerji tərəfdaşlığının Cənub Qaz Dəhlizi və enerjikeçidi prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanın qazhasilatı və ixrac perspektivləri, Aİ-nin qaz təchizatı ilə bağlımövcud vəziyyəti və AYİB-in enerji sektoru ilə bağlı strategiyasıçərçivəsində qaz nəqli infrastrukturunun maliyyələşdirilməsiimkanları nəzərdən keçirilib.

Ötən il Azərbaycandan Avropaya qaz tədarükünün 9,5% artaraq 13milyard kubmetrə çatdığı, bu il isə ixracın 50%-nin Avropa üçünnəzərdə tutulduğu bildirilib. Qeyd olunub ki, 2030-cu ilə qədərmövcud müqavilələrə əsasən, təxminən 8 milyard kubmetr əlavə qazhasilatı, həmçinin təxminən 2,7 QVt gücündə günəş və külək elektrikstansiyalarının hesabına 1,5 milyard kubmetr qazın sərbəstləşməsigözlənilir. Bu həcmlərin nəqli və əlavə təchizatın vaxtında vəəhəmiyyətli dərəcədə artırılması boru kəmərləriningenişləndirilməsi, yataqların işlənməsi üzrə layihələrəsərmayələri, uzunmüddətli kommersiya müqavilələrini və maliyyəalətlərinin səfərbər edilməsini tələb edir.

Həmçinin Azərbaycanda bərpa olunan enerji güclərinin inkişafı,“Xəzər-Qara dəniz -Avropa Yaşıl Enerji Dəhlizi” və digər “yaşılenerji” interkonnektorları layihələrinin icrasından bəhs edilib.“Yaşıl enerji”nin ixracına dair layihələr “Enerji üzrə Trans-AvropaŞəbəkəsi Tənzimləməsi” və “Qlobal Gateway Strategiyası”, həmçininAİB və AYİB-in mövcud maliyyələşdirmə alətləri çərçivəsindəqiymətləndirilib. Bildirilib ki, “yaşıl enerji” istehsalı və onunAvropaya müxtəlif marşrutlar və interkonnektorlarla tədarüküPrezident cənab İlham Əliyevin müəyyən etdiyi müasir enerjisiyasətimizin əsas strateji prioritetlərindəndir. Bu layihələrAvropa üçün enerji mənbələrinin diversifikasiyası ilə yanaşı,Mərkəzi Asiya və Orta Dəhlizlə bağlı geostrateji maraqlarbaxımından da əhəmiyyətlidir.

Energetika naziri Pərviz Şahbazov deyib: “Mövcud çağırışlarfonunda etibarlı tərəfdaş olaraq Azərbaycandan qaz tədarükününartırılmasına praqmatik yanaşma nümayiş etdirməyin və müvafiqregionlararası enerji infrastrukturlarının inkişafına maliyyə vəsiyasi dəstək göstərmək üçün konkret və qəti addımlar atmağınvaxtıdır. Eyni zamanda, “Xəzər-Qara dəniz-Avropa Yaşıl EnerjiDəhlizi”nin Ortaq Maraqlar Layihəsi (PMI) statusu ilə təminolunması və onillik şəbəkə inkişaf planına (TYNDP) daxil edilməsibu strateji təşəbbüsün uğurlu inkişafı baxımından kritik əhəmiyyətdaşıyır. Avropa İttifaqının müvafiq strukturlarını bu istiqamətdəzəruri dəstəyi gücləndirməyə və bu təşəbbüsü prioritet layihə kimiirəlilətməyə çağırırıq.”

Komissar Dan Yorgensen isə bildirib ki, bu dialoq enerjisahəsində sıx əməkdaşlığımızın göstəricisidir və belə bir dialoqçox az ölkələrlə aparılır. Azərbaycanın bu xüsusda səylərini yüksəkqiymətləndiririk. Enerji təhlükəsizliyinə nail olmaq risklərinqarşısını almağı tələb edir: “Enerji infrastrukturu bizim enerjikeçidimizi irəlilətmək üçün əsasdır. Biz Cənubi Qafqaz regionu iləAvropa regionu arasında enerji inteqrasiyasının artırılmasıimkanlarını araşdırmağa hazırıq. Bu, zəmanətlərin və qarışıqmaliyyə alətlərinin səfərbərliyi ilə də həyata keçirilə bilər.”

Müzakirələr zamanı enerji səmərəliliyi və metan emissiyalarınınazaldılması çərçivəsində görülən tədbirlərlə bağlı da fikirmübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan ilə Aİ arasında enerji dialoqu 2022-ciildən həyata keçirilir.

Brüsseldə
Brüsseldə
Brüsseldə
Brüsseldə
Məqalədə:
Seçilən
15
3
az.trend.az

4Mənbələr