Bu foto 1956-cı ilin iyununda Vaşinqton-Baltimor yolunda çəkilib.
Avtosfer.az xəbər verir ki, 69 il əvvəl çəkilmiş fotoda 2 polis əməkdaşı sürətölçmə radarını nizamlayır. Fotodan görünür ki, radarın enerji mənbəyi avtomobilin akkumulyatorudur. Avtomobilin üzərində isə heç bir fərqlənmə nişanı yoxdur.
Azərbaycana sürətölçən radarlar ilk dəfə 70-ci illərdə gətirilib. O vaxt bütün SSRİ-də olduğunu kimi, Azərbaycanda da ABŞ istehsalı olan radarlar istifadə edilib. Sonradan onların istehsalı lokallaşdı. Ruslar demişkən importun əvəzlənməsi baş verdi.
Vüqar