AZ

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi: Şuşa Bəyannaməsi – sarsılmaz qardaşlığın rəmzi

Bakı. Trend:

2021-ci il 15 iyun tarixi Azərbaycan və Türkiyə münasibətləriüçün yeni bir mərhələnin əsasını qoydu. Həmin gün, Azərbaycanınmədəniyyət paytaxtı, işğaldan azad edilmiş Şuşa şəhərində Prezidentİlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındamüttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanaraq,iki dövlətin sarsılmaz qardaşlıq münasibətlərinin hüquqi-siyasitəməlini daha da möhkəmləndirdi. Bu sənəd, təkcə stratejiəməkdaşlığın yeni mərhələsini deyil, həm də türk dünyasının ortaqgələcəyinə olan inamın və siyasi iradənin təcəssümüdür. ŞuşaBəyannaməsinin ruhunu və fəlsəfəsini izah edən əsas amillərdənbiri, sənəddə əks olunan tarixi kəlamlardır. Prezident İlhamƏliyevin də qeyd etdiyi kimi, bu Bəyannamə “xalqlarımızın böyükliderləri, öndərləri Mustafa Kamal Atatürkün və Ümummilli LiderHeydər Əliyevin kəlamlarına əsaslanır.” XX əsrin əvvəllərindəMustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz,kədəri kədərimizdir.” XX əsrin sonlarında isə Ümummilli LiderHeydər Əliyev bəyan etmişdi: “Türkiyə və Azərbaycan bir millət, ikidövlətdir.” Bu ifadələr, iki qardaş xalqın ortaq dəyərlərini Şuşadahüquqi sənədə çevrilmişdir. Şuşa Bəyannaməsi beynəlxalq müstəvidəgüclü siyasi mesaj daşıyır. Bu sənəd, Azərbaycan və Türkiyəarasında sarsılmaz müttəfiqliyin bütün dünyaya bəyan olunması kimiqəbul edilməlidir. Təsadüfi deyil ki, sənədin imzalanması məhzŞuşada – Azərbaycanın qəhrəmanlıq və qurtuluş rəmzinə çevrilmişşəhərində baş tutmuşdur. Bu, təkcə azadlıq və suverenlikideallarının təntənəsi deyil, həm də Türk dünyasının birlik vəhəmrəyliyinin güc rəmzidir. Bəyannamə Azərbaycan və Türkiyəarasında müttəfiqlik münasibətlərini çoxşaxəli şəkildə əhatə edir.Burada siyasi, iqtisadi, müdafiə, enerji təhlükəsizliyi, nəqliyyat,təhsil, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığındərinləşdirilməsi öz əksini tapmışdır. Bu sənədin ən önəmlixüsusiyyətlərindən biri, ikitərəfli münasibətlərin stratejixarakter daşımasını hüquqi və praktiki əsaslarasöykəndirməsidir.

Şuşa Bəyannaməsində xüsusi yer tutan məsələlərdən biri dəZəngəzur dəhlizidir. Bu dəhliz regionun iqtisadi xəritəsinidəyişdirəcək, Türkiyə ilə Azərbaycan arasındanəqliyyat-kommunikasiya əlaqələrini daha da gücləndirəcək. Eynizamanda bu layihə, Türk dünyasının coğrafi inteqrasiyası üçün mühümbir mərhələ hesab olunur. Şərqdən Qərbə uzanan bu dəhlizlə təkcəAzərbaycan və Türkiyə deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatınaüzv ölkələr bir-birinə daha yaxın olacaqdır.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığınıyeni səviyyəyə çıxarmışdır. Müdafiə sənayesi sahəsində əməkdaşlığıngücləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi və zərurətyarandıqda qarşılıqlı hərbi yardım mexanizmlərinin işə salınmasısənəddə əksini tapmışdır. Bu, yalnız regional təhlükəsizliyindeyil, həm də ölkələrin suveren hüquqlarının qorunmasına yönəlmişmühüm addımdır. İkinci Qarabağ müharibəsində qardaş Türkiyəninsiyasi və texnoloji dəstəyi bunun bariz nümunəsidir.

Bəyannamə, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə nüfuzunudaha da gücləndirən mühüm bir sənəddir. İki ölkə arasında stratejiəməkdaşlığın təsbit olunması, regional və beynəlxalq təşəbbüslərdəbirlikdə çıxış etməyə imkan verir. Xüsusilə enerji layihələri,logistika və kommunikasiya sahəsində həyata keçirilən birgəlayihələr regionda sabitlik və inkişaf üçün əhəmiyyətli zəminyaradır.

Sənəddə xarici siyasət sahəsində əlaqələndirmə və müntəzəmsiyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanır.Azərbaycan və Türkiyə bu gün beynəlxalq təşkilatlarda bir-birinidəstəkləyən, vahid mövqedən çıxış edən dövlətlər kimi tanınır.Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində buistiqamətdə atılan addımlar, dövlətlərin müstəqil xarici siyasətkursuna verdiyi önəmi əks etdirir.

Şuşa Bəyannaməsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi,qarşılıqlı sərmayə yatırımları, ticarət əlaqələriningenişləndirilməsi xüsusi qeyd olunur. İkitərəfli iqtisadimünasibətlər milli iqtisadiyyatların şaxələndirilməsinə, rəqabətqabiliyyətinin artırılmasına və sosial rifahın yüksəlməsinə xidmətedir. Şuşa və ətraf bölgələrin turizm, logistika və kəndtəsərrüfatı potensialı yaxın gələcəkdə bu əməkdaşlıq çərçivəsindəreallaşdırılacaq.

Bəyannamə həmçinin media və diaspor sahəsində əməkdaşlıq üçünyeni imkanlar açır. Xaricdə yaşayan türk və azərbaycanlı icmalararasında informasiya mübadiləsinin artırılması, birgə mediaplatformalarının yaradılması və beynəlxalq müstəvidə ortaqdiplomatik səylərin gücləndirilməsi vacib istiqamətlərdəndir. Bu,həm də dezinformasiyaya qarşı birgə mübarizə üçün effektiv vasitərolunu oynayacaqdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsində1921-ci ildə imzalanmış Qars müqaviləsinə edilən istinad sənədinrəmzi və tarixi əhəmiyyətini daha da artırır: “Tarixi Qarsmüqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmziməna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonramüttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”.

Şuşa Bəyannaməsi eyni zamanda Ermənistandakı revanşist dairələrəvə regional təxribatçı qüvvələrə ciddi siyasi ismarışdır. Türkiyəbu sənədlə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərhansı cəhdə qarşı açıq şəkildə dəstəyini ifadə edir. Bu, regiondasülh və sabitliyin təmin olunması üçün mühüm təminatdır.

Şuşa Bəyannaməsinin imzalanmasının ildönümləri də artıqbeynəlxalq əhəmiyyətli tədbirlərlə qeyd olunur. 2022-ci ildənetibarən hər il iyunun 15-də Şuşada beynəlxalq konfranslar təşkiledilir. “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləriQafqaz və region üçün sülh və sabitlik mənbəyidir”, “QurtuluşdanZəfərə” və “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar vəqlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” kimimövzular Bəyannamənin təkcə siyasi sənəd deyil, həm də regional vəqlobal dialoq platformasına çevrildiyini göstərir.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni birdövrün başlanğıcı, ortaq gələcəyə yönəlmiş strateji yolxəritəsidir. Bu sənədin hər bir bəndi tarixi təcrübəyə, qardaşlıqdəyərlərinə və ortaq maraqlara əsaslanır. Bəyannamə vasitəsiləAzərbaycan və Türkiyə təkcə bir-birinə deyil, bütövlükdə regiona vədünyaya sülh, əməkdaşlıq və inteqrasiya çağırışı edirlər. Buçağırışın əsasında isə sarsılmaz qardaşlıq, qarşılıqlı hörmət vəortaq gələcək üçün iradə dayanır.

Şahin Seyidzadə,
Milli Məclisin deputatı

Seçilən
3
az.trend.az

1Mənbələr