AZ

Modi qəzadan sağ çıxan yeganə şəxsi ziyarət etdi

Xəbər verdiyimiz kimi, ötən gün Hindistanın Əhmədabad şəhərində sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Londona uçan təyyarənin göyərtəsində olan 242 nəfərdən 241 nəfər ölüb, 1 nəfər isə sağ qalıb. 

“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, ölkənin Baş naziri Narendra Modi sağ qalan sərnişin, Britaniya vətəndaşı Vişvas Kumar Rameşi xəstəxanada ziyarət edib.

Qeyd edək ki, ötən gün təyyarə həkimlər üçün nəzərdə tutulan yataqxananın üzərinə düşüb. Qəza nəticəsində ölənlərin ümumi sayı 317-yə çatıb.

 

Seçilən
9
3
qafqazinfo.az

4Mənbələr