AZ

Bakıya xeyli erməni gəlib

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Rusiya Xarici İşlər Nazirliyinə müraciət edərək, İranda baş verən hadisələrlə əlaqədar Bakıda məcburi eniş edən təyyarələrdə olan ermənilərin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etməyi xahiş edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İran, İraq və İsrailin hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən iyunun 13-ü səhər saatlarında Bakıya 10-dan çox təyyarə enib. Onların arasında Moskva, Minsk, Kazan və digərlərindən Dubaya uçuşlar olub.

Bu reyslərdə olan sərnişinlər arasında BƏƏ-yə səfər edən erməni əsilli və erməni soyadlı vətəndaşlar da var.

Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abrahamyan bildirib ki, Bakıda məcburi eniş edən təyyarələrin göyərtəsində uçan ermənilər əsasın Rusiya Federasiyası vətəndaşlarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
6
modern.az

7Mənbələr