AZ

Türkiyədə ilk “turistik” ekspres qatarı fəaliyyətə başlayıb

İstanbul, 13 iyun, Günel Karatepe, AZƏRTAC

Bu gündən Türkiyədə yeni “turistik”, “Karaelmas Ekspres” qatarı fəaliyyətə başlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Bildirilib ki, Ankara-Zonquldak marşrutu üzrə hərəkət edəcək ekspres qatar ilk səfərini bu gün, saat 21:25-də edəcək.

Nazir qeyd edib ki, “Karaelmas Ekspres” qatarı ilə sərnişinlər Türkiyənin Qərbi Qara dəniz bölgəsinin mədəni və təbii irsini yenidən kəşf etmək imkanı əldə edəcəklər.

Ümumilikdə 120 nəfərlik tutuma malik qatar noyabrın 15-dək qarşılıqlı 8 səfər edəcək.

 

Seçilən
16
2
azertag.az

3Mənbələr