AZ

Pezeşkian İsrailin zərbələrinə yenidən reaksiya verib: “İran səssiz qalmayacaq”

“İran Silahlı Qüvvələri İran ərazisinə endirilən zərbəyə elə cavab verəcək ki, düşmən törətdiyi əmələ görə peşman olacaq”.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində deyib.

“İran xalqı və ölkə hakimiyyəti bu cinayət qarşısında səssiz qalmayacaq və İslam Respublikasının qanuni, güclü cavabı düşməni öz axmaq hərəkətlərinə görə peşman olmağa vadar edəcək”, – deyə o vurğulayıb.

Məsud Pezeşkian həmçinin xalqı birləşməyə, hakimiyyətə etibar etməyə və yayılan şayiələrə əhəmiyyət verməməyə çağırıb.

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə İsrailin zərbələrinə reaksiya verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, “X” hesabında paylaşım edib.

“Hücum baş verən kimi prezident və hökumət komandası vəziyyətə yerində nəzarət olunmasını öz üzərinə götürüb və bununla bağlı hökumət şurasının təcili iclası keçirilib. Tezliklə xalqa müraciət edəcəyəm. Allahın köməyi ilə sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq”, – deyə Məsud Pezeşkian paylaşımda bildirib.

Seçilən
13
13
editor.az

10Mənbələr