ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin bu gecə İran ərazisinə zərbələr endirməsi nəticəsində azı 95 nəfər yaralanıb, bir xilasedici həlak olub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi Müctəba Xalidi açıqlayıb.
Onun sözlərinə görə, hücuma məruz qalan 12 vilayətdə xilasetmə əməliyyatı davam etdirilir.
***
“NourNews” agentliyinin məlumatına görə, paytaxt Tehranda zərbələr nəticəsində 78 nəfər həlak olub, daha 329 nəfər isə yaralanıb.
Bununla belə, rəqəmlərin rəsmi olmadığı qeyd olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.