AZ

Almaniya Yaxın Şərqdəki gərginliklə bağlı fövqəladə qərargah yaradıb- ÖZƏL

Almaniya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda hökumət səviyyəsində fövqəladə qərargah çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində paylaşım edilib.
"Biz Yaxın Şərqdə baş verən hadisələri diqqətlə izləyirik və vəziyyətin deeskalasiyasına çalışırıq. Münaqişənin daha da kəskinləşməsi bütün region üçün fəlakətli nəticələrə səbəb ola bilər. Bu səbəbdən Almaniya hökumətinin fövqəladə qərargahı yaradılıb", - məlumatda qeyd olunub.
Bununla yanaşı, Almaniya Xarici İşlər Nazirliyi regionda olan Almaniya vətəndaşlarına təhlükəsizlik qaydalarına əməl etməyi, nazirliyin tövsiyələrini izləməyi və xaricdəki vətəndaşlar üçün nəzərdə tutulmuş antikrizis reyestrində qeydiyyatdan keçməyi tövsiyə edib.
Nazirliyin nümayəndəsi bildirib ki, bu reyestrə İsraildə 3,5 minə yaxın, İranda isə 100-dən çox alman vətəndaşı qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
olaylar.az

1Mənbələr