Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan daha bir neçə reysi ləğv edilib.
Busaat.az bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir.
Qeyd olunur ki, aşağıdakı reyslər ləğv edilib:
– Bakı-Lahor-Bakı (J2 145/146)
– Bakı-Mumbay-Bakı (J2 059/060)
– Bakı-Dammam-Bakı (J2 8205/8206).
Bildirilir ki, AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.
“Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”, – məlumatda deyilir.
08:24
Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib.
Busaat.az bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir.
Həmin reyslər aşağıdakılardır:
– Bakı – Təl-Əviv – Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
– Bakı – Dubay – Bakı
J2 011/012 (13 iyun)
– Bakı – Tehran – Bakı
J2 8017/8018 (13 iyun)
“Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.
Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər”, – məlumatda qeyd edilir.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar.