AZ

AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"

AEBA:

İranın Natanz şəhərindəki uran zənginləşdirmə kompleksi İsrailin İrana endirdiyi zərbələr nəticəsində ciddi zədələnib.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İsrail Prezidenti İshak Hersoqla söhbəti zamanı bildirib.

"Natanzdakı obyektə ciddi ziyan dəyib", - R.Qrossi vurğulayıb.

Qeyd edək ki, Qrossi vəziyyəti yerində öyrənmək üçün İrana səfər etməyi planlaşdırır.
Seçilən
22
9
reyting.az

10Mənbələr