AZ

II qrup üzrə ən yüksək nəticə göstərən abituriyent BANM-ı seçir

II qrup üzrə ən yüksək nəticə göstərən Xədicə İsmayılzadə (680 bal) Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasını seçir. 

“İki sahil” xəbər verir ki, buraxılış imtahanında da maksimum nəticə – 300 bal toplayan Xədicə “Dəyanət” liseyini bitirib.

BANM-ın rektoru Elmar Qasımovla görüşdə Maliyyə ixtisası üzrə təhsil almaq istədiyini bildirib. Rektor bu seçimdən məmnunluğunu ifadə edərək Xədicəyə təhsil həyatında uğurlar arzulayıb.

Daha sonra kampus turu təşkil olunub.Strateji inkişaf üzrə prorektor Güldənə Hidayətli Ali Məktəbdəki tədris prosesi və tələbələr üçün yaradılmış imkanlar barədə danışıb.

Eyni zamanda Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov da abituriyentlə görüşərək ətraflı məlumat verib.

Seçilən
25
4
ikisahil.az

5Mənbələr