AZ

Bakıda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini olan dörd nəfər 2 avtomat silahı, 2 tapança və 10 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Həmçinin polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 1 tapança, 2 tüfəng və 22 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Seçilən
3
18
avtosfer.az

10Mənbələr