AZ

“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar

“Ulduz”lu

“Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. Azərbaycanda Atatürk Mərkəzinin zalında keçirilən tədbirin qonağı akademik, Əməkdar elm xadimi Nizami Cəfərov olub.

Reyting.az
-ın məlumatına görə, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Azərbaycan Universitetinin tələbələrinə bildirib ki, Nizami Cəfərovun tədqiqatları Azərbaycan dili tarixi, türkologiya və müasir ədəbi proseslə bağlıdır. Akademik, eyni zamanda, “Azərbaycanşünaslığın əsasları”nın yaradılmasına mühüm töhfə verib.

Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova gənc filoloqların gələcək fəaliyyətindəbelə görüşlərin rolundan danışıb və akademikə, tələbələrə vaxt ayırdığı üçün minnətdarlıq edib.

Nizami Cəfərov gənc həmkarlarına Azərbaycanda Atatürk Mərkəzinin yaranma tarixindən danışıb, dilçiliyin və türkologiyanın problemlərini təhlil edib. Azərbaycan Universitetinin tələbələri alimə coxsaylı suallar ünvanlayıb, akademikin əsərlərindən müxtəlif sitatlar səsləndiriblər.

Sonda Nizami müəllim tələbələrə öz kitablarını avtoqrafla hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.

"Ulduz"lu görüşlər"in növbəti qonağı ədəbiyyatşünas alim Mətanət Vahid olacaq.





V. QULİYEV
Seçilən
32
3
reyting.az

6Mənbələr