İyunun 12-də Moskvadakı “Oktyabr” stadionunda keçirilən beynəlxalq Art-Futbol turnirinə qatılan Türkiyə komandasının tərkibində “Çukur”un aktyorları Erkan Kolçak Köstendil, Rza Kocaoğlu və Kubilay Aka oynayıb.
OLAY yazır ki, matçdan sonra Azərbaycan komandası ilə bir araya gələn sənətçilər mahnımızın sədaları altında rəqs edib.
Onların “Azərbaycan oğluyam” ifasına rəqs etdiyi anları prodüser Vüqar Şəfiyev paylaşıb.