Türkiyə bir sıra ölkələrə uçuşları müvəqqəti olaraq dayandırıb.

İndex.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, iyunun 16-dək İran, İraq, Suriya və İordaniyaya uçuşlar təxirə salınıb.

Uçuşların təxirə salınmasına səbəb olaraq İsrailin İrana qarşı hava hücumları nəticəsində bölgədə təhlükəsizlik risklərinin artması göstərilir.