“Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, komandanı Matias Almeyda çalışdıracaq.
Bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib. Argentinalı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. 51 yaşlı məşqçi daha əvvəl Argentinada “River Pleyt”, “Banfild”, Meksikada “Çivas”, ABŞ-də “San Xose”, son olaraq Yunanıstanda AEK-də çalışıb.
Qeyd edək ki, “Sevilya” La Liqada mövsümü 17-ci sırada bitirib.