Diqqətə çatdırılıb ki, hər bir məcburi köçkün dövlətin sosial siyasətinə uyğun olaraq təhsil və səhiyyə xidmətlərindən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına müəyyənləşdirilən güzəşt və imtiyazlardan yararlanırlar. Onların maddi rifahının yüksəldilməsi üçün tədbirlər görülür. Prezident İlham Əliyevin sosial siyasətinin prioritetləri arasında məcburi köçkünlərin problemlərinin həlli mühüm yer tutur və Birinci vitse-prezident Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət yetirir. Hazırda Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, keçmiş məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurda qayıdışı həyata keçirilir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib, genişmiqyaslı tədbirlər uğurla icra olunur. Lakin işğal dövründə minalanmış ərazilər bu prosesi ləngidir. İşğaldan azad edilmiş ərazilərdə problemlərin mərkəzləşdirilmiş şəkildə həlli üçün Əlaqələndirmə Qərargahı yaradılıb. Bu qurum sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələləri həll edir.
Doğma yurda qayıdışa münasibəti öyrənmək üçün keçmiş məcburi köçkünlər arasında sorğu keçirilir, bundan sonra komitə ilə köçkün arasında niyyət protokolu imzalanır. Yaşayış sahələrinin bölgüsündə şəffaflıq və ədaləti təmin etmək üçün püşkatma keçirilir. Jurnalistlər səmimi və faydalı görüşə görə minnətdarlıq bildirərək, səfərin məqsədinin Azərbaycan həqiqətlərini obyektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıblar. Qonaqlar qeyd ediblər ki, qaçqın və məcburi köçkün məsələsi bəzi ölkələrin qarşılaşdığı ən çətin vəziyyətdir. Ləyaqətli qayıdış məcburi köçkün üçün ən əhəmiyyətli amildir. Azərbaycan bu kateqoriyadan olan şəxslərin təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkanlar yaradıb. Görüşdə jurnalistlərin sualları ətraflı cavablandırılıb.





10Mənbələr
-
unikal.azRövşən Rzayev xarici jurnalistlərlə görüşdü FOTOLAR ( 18212182)
-
apa.azDövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib ( 18211558)
-
qaziler.azDövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib ( 18211525)
-
adalet.azDövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib ( 18211510)
-
sia.azQaçqınkom sədri BMT ilə işləyən jurnalistlərlə görüşüb ( 18208870)
-
newscenter.azDövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib ( 18208579)
-
turkustan.azDövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib ( 18208507)
-
Ajans.azDövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib ( 18208399)
-
pravda.azDövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib ( 18208357)
-
demokrat.azDövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib ( 18208234)