Bu il minimum əməkhaqqı 16% artırılaraq 400 manata çatdırıldı, minimum pensiya məbləği isə 14.3% qaldırılaraq 320 manat müəyyən olundu. Bəs sosial müavinət və təqaüdlər də artırılacaqmı?
“Bu artım qazilərin müavinatlarında, sosial müavinət alanlarda və əlilliyi olan şəxslərdə müşahidə oluna bilər. Yəqin ki, qərar bu ayın sonuna qədər veriləcək və iyulun 1-dən qüvvəyə minəcək”.
N.Cəfərli qeyd edib ki, bu artım minimum əməkhaqqına və minimum pensiyaya aid olmayacaq:
“Çünki onlar artıq ilin əvvəlində artırılıb. Çox güman ki, bu sahədə növbəti artım gələn ilin yanvarın 1-dən ola bilər”.