Expressbank ASC-də yeni təyinat baş tutub – Fuad Kamal oğlu Məmmədli bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.
Valyuta.az xəbər verir ki, Fuad Məmmədli son təyinatdan əvvəl “Unibank”da Baş Maliyyə İnzibatçısının müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, o, 2017–2020-cü illər ərzində Expressbank-da Maliyyə departamentində çalışaraq, direktor müavini vəzifəsinədək yüksəlib.
Fuad Məmmədli ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə alıb, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə tamamlayıb.