AZ

“Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu -Fotolar



Azərbaycanın gündəlik istehlak malları (FMCG) sektorunda aparıcı şirkətlər qruplarından biri olan Veysəloğlu Şirkətlər Qrupu, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) rəsmi şəkildə qoşulub. Bununla da “Veysəloğlu” FMCG sektorunda bu təşəbbüsə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu.

Rəsmi imzalanma mərasimi şirkətin Bakıdakı mərkəzi inzibati ofisində baş tutub. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, BMT Qlobal Sazişinin Azərbaycan üzrə nümayəndəsi Samir Məmmədov, rəhbər heyət və korporativ dayanıqlılıq üzrə məsul olan direktorlar iştirak ediblər.

Bu təşəbbüsə qoşulmaqla “Veysəloğlu” ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və şəffaf idarəetmə sahəsində fəaliyyətlərini BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) və 10 universal prinsip əsasında daha da təkmilləşdirməyi hədəfləyir.




Seçilən
23
3
aia.az

7Mənbələr