Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Fond Birjası" QSC-ni (BFB)və onun vəzifəli şəxslərini cərimələyib.
Trend bubarədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, tənzimləyici qurum tərəfindən “Bakı Fond Birjası”QSC-də aparılmış hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmışnöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiştədbirlərin vaxtında icra edilməməsinə görə “Bakı Fond Birjası” QSCİnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı ŞəhərYasamal Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində, BFB-ninvəzifəli şəxsi isə Mərkəzi Bank tərəfindən 1500 manat məbləğindəcərimələnib.
Bundan əlavə, qeyd olunub ki, BFB-də qiymətli kağızlarınticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması vədelistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinqkomitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-cimaddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilib.