İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə İrana zərbələr barədə müzakirə edəcək.
Bu barədə İsrail hökuməti başçısının ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
“Yaxın vaxtlarda o (Netanyahu – Red.) ABŞ prezidenti Donald Tramp , Rusiya prezidenti Vladimir Putin və Böyük Britaniyanın baş naziri ilə də vəziyyəti müzakirə etməyi planlaşdırır”, – o, Teleqram kanalında yazıb.